Zelenski ilə reportaj yarımçıq qaldı: studiyada bomba həyəcanı, bina boşaldıldı – VİDEO

Zelenski ilə reportaj yarımçıq qaldı: studiyada bomba həyəcanı, bina boşaldıldı – VİDEO

Dünya 30.11.2025 09:43 17

Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın bir televiziya kanalına canlı yayımda bağlandığı anda studiyada bomba həyəcanı elan edilib. Sirenlərin çalması ilə bina dərhal boşaldılıb və baş verən panika anları saniyə-saniyə efirə yansıyıb.

Az24.az xəbər verir ki, hadisə Zelenskinin ölkədəki müharibə vəziyyətini və ABŞ-ın təqdim etdiyi sülh təşəbbüslərini şərh etdiyi vaxt baş verib.

Prezident bildirib ki, ABŞ tərəfindən hazırlanmış “sülh planı” ilə bağlı danışıqları davam etdirmək üçün Ukrayna nümayəndə heyəti bu gün Vaşinqtona yola düşüb. Onun sözlərinə görə, heyət ABŞ vaxtı ilə bu gecə Vaşinqtonda olacaq və müzakirələr Cenevrədən göndərilən qeydlər əsasında aparılacaq.

Zelenski həmçinin qeyd edib ki, müharibənin “şərəfli şəkildə” sona çatdırılması üçün lazım olan addımlar yaxın günlərdə daha da aydınlaşa bilər: “Amerika tərəfi konstruktiv yanaşır. Qarşıdakı günlərdə müharibəni necə ədalətli şəkildə bitirəcəyimizə dair addımların dəqiqləşməsi mümkündür.”

Hadisə fonunda Kiyevin diplomatik səylərinin intensivləşdiyi və sülh planı üzrə danışıqların sürətləndiyi bildirilir.

Dəniz

Reklam