Gültəkin Hacıbəyli Türkiyədən deportasiya olunacaq – YENİLƏNDİ
Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılaraq deportasiya proseduruna cəlb edildiyi bildirilir.
Az24.az unikal-a istinadla xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, o, bu gün səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə aparılıb
***
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başladılan cinayət işinə cəlb olunanların sayı artmaqdadır.
Az24.az musavat.com-a istinadla xəbər verir ki, noyabrın 29-da həbs edilən AXCP liderinə qoşulanlardan daha biri məlum olub. Bu şəxs Kərimlinin həm də lideri sayılan Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylidir.
Hazırda ölkədən kənarda-Türkiyədə olan G.Hacıbəyli bu barədə özü Feysbuk səhifəsində məlumat verib: “İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, polis bölməsindən gəliblər, məni bölməyə aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Çox güman ki, Türkiyədən deportasiya olunacağam. Mən Türkiyə polisinə sabah saat 9-da İELTS imtahanım var, onu verib gələcəyəm desəm də, şans vermədilər”.
Qeyd edək ki, zaman-zaman G.Hacıbəylinin Mehdiyevin adamı olması barədə məlumatlara tez-tez rast gəlmişik. Hətta onun parlamentdə vaxtı ilə “Boz kardinal”ın xeyir-duası ilə əyləşdiyi barədə iddialara da az rast gəlinməyib.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı