Zelenski üçün ən kritik dövr: ABŞ təzyiqləri artırır

Zelenski üçün ən kritik dövr: ABŞ təzyiqləri artırır

Dünya 30.11.2025 09:00 19

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə daxilində baş verən korrupsiya qalmaqalı və artan siyasi gərginlik fonunda prezidentliyinin ən təhlükəli dövrlərindən biri ilə üz-üzə qalıb.

Az24.az xəbər verir ki, hazırda onun yaxın çevrəsini əhatə edən korrupsiya ittihamları, müxalifətin tam hökumət dəyişikliyi tələbi və davam edən hərbi təhdidlər vəziyyəti daha da mürəkkəbləşdirir.

Məlumata görə, gələn həftə ABŞ administrasiyası Zelenskiyə Rusiyanın müharibəsini bitirəcək razılaşmanın əldə olunması üçün yeni təzyiq mərhələsinə başlayacaq. Vaşinqton Kiyevi sülh danışıqlarında daha çevik mövqeyə çağırır və hazırkı vəziyyətdə diplomatik addımların vacibliyini vurğulayır.

Eyni zamanda, Moskvanın Ukrayna şəhərlərini intensiv şəkildə bombalaması ölkə daxilində gərginliyi artırır və siyasi hakimiyyətə olan təzyiqi daha da gücləndirir. Analitiklər hesab edir ki, mövcud şərait Zelenski üçün həm daxili, həm də xarici cəbhədə ən mürəkkəb və riskli dövrün formalaşmasına səbəb olub.

Hazırda Ukrayna rəhbərliyi bir tərəfdən korrupsiya ittihamlarına cavab vermək, digər tərəfdən isə ABŞ-ın təklif etdiyi sülh danışıqlarına dair tələbləri dəyərləndirmək məcburiyyətindədir. Bu paralel proseslər Zelenskinin siyasi gələcəyini həlledici şəkildə formalaşdıra bilər.

Dəniz

Reklam