İnsanlar niyə xəyanət edirlər? – Psixoloqlar səbəbləri açıqladı
Mütəxəssislərin fikrincə, xəyanət tək bir səbəbdən deyil, müxtəlif psixoloji və emosional amillərin birləşməsindən yaranır.
AZ24.az xəbər verir ki, bu barədə Lenta.ru saytı mövzu ilə bağlı geniş məqalə yayımlayıb.
Xəyanət əsasən tərəfdaşlar arasında emosional əlaqənin pozulmasından doğur. İnsanlar çox vaxt “daha yaxşısını tapdıqları üçün deyil, münasibətdə nəyisə itirdikləri üçün” xəyanətə meyl edirlər.
Xəyanətin səbəbləri arasında cinsi narazılıq, emosional boşluq, ünsiyyət problemləri, psixoloji gərginlik və şəxsi ehtiyacların qarşılanmaması xüsusi yer tutur. Bəzi hallarda uzun sürən konfliktlər, diqqət çatışmazlığı və münasibətdəki rutinlik insanı üçüncü tərəfə yönəldir.
Ailə terapevtləri bildirirlər ki, bəzən xəyanət tərəfdaşın sözlə ifadə edə bilmədiyi narazılığın “emosional siqnalı” olur. Bu zaman xəyanət münasibəti dağıtmaqdan çox, diqqət çəkmək və problemləri göstərmək cəhdi kimi qiymətləndirilir.
Mütəxəssislər hesab edir ki, xəyanətin qarşısını almağın əsas yolu səmimi ünsiyyət, münasibətlərin sərhədlərinin aydınlaşdırılması və ehtiyacların açıq müzakirəsidir. Zəruri hallarda ailə terapiyası və münasibətlərin yeni formatda qurulması da tövsiyə olunur.
Altay
Reklam
Oxşar xəbərlər
Nostradamusdan DƏHŞƏTLİ PROQNOZ: Dünyanın sonu yaxınlaşır
Elm dünyasında 2026-da gözlənilən KƏŞFLƏR
Tünd şokoladın möcüzəsi: Yaşlanmanı yavaşlada bilər
Qrenlandiya haqqında maraqlı məlumatlar
Kitab oxumağa haradan başlayaq? – Yeni başlayanlar üçün tövsiyələr
Venesuela: Ölkə haqqında məlumat və mövcud vəziyyət
İstirahət üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı