Misli Premyer Liqası: “Qarabağ” və “Sabah” qələbə qazandı

Misli Premyer Liqası: “Qarabağ” və “Sabah” qələbə qazandı

İdman 29.11.2025 20:10 23

Misli Premyer Liqasında 13-cü turun oyunları davam edir.

AZ24.az xəbər verir ki, bu gün keçirilən iki matçdan biri artıq yekunlaşıb, digərinin də nəticəsi müəyyənləşib.

“İmişli” – “Sabah” 0:3

Günün ilk qarşılaşmasında “İmişli” doğma meydanda “Sabah”ı qəbul edib. Bakı təmsilçisi ikinci hissədə vurduğu qollarla 3:0 hesablı qələbəyə sevinib.

Qollar:
54 — Amin Seydiyev (0:1)
60 — Stiv Solvet (0:2)
90+3 — Kahim Paris (0:3)

Bu nəticədən sonra ötən tur “Neftçi” üzərində qələbə qazanan “İmişli” 15 xalla 8-ci pillədə qərarlaşıb. “Sabah” isə 25 xalla 3-cü yerə yüksəlib.

“Qarabağ” – “Karvan-Yevlax” 2:0

Günün digər oyununda son çempion “Qarabağ” “Karvan-Yevlax”la üz-üzə gəlib. Ağdam klubu hər hissənin sonlarında vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlib.

Qollar:
79 — Emmanuel Addai (1:0)
89 — Nəriman Axundzadə (2:0)

Qələbə sayəsində “Qarabağ” xallarını 29-a yüksəldərək birinci pillədə mövqeyini möhkəmlədib. “Karvan-Yevlax” isə 5 xalla sonuncu sıradadır.

Reklam