440 manat alimenti ödəməyən ana məhkəməyə verildi – 500 manat da cərimələndi
Ağsuda atalarının himayəsində olan 4 övladına aliment ödəyə bilməyən ana məhkəməyə verilib.
Az24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, boşanma qərarına əsasən, Səbinə Qulamova (şərti ad-soyadlı) dörd uşağına ümumilikdə aylıq 440 manat aliment ödəməli imiş.
Lakin qadın uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Ərinin icra məmuruna şikayətindən sonra onun 6390 manat aliment borcunun yarandığı müəyyən edilib.
S.Qulamova məhkəmədə deyib ki, alimenti qəsdən yox, imkansızlıqdan ödəyə bilmir. O, atalarının himayəsində olan dörd uşaqdan əlavə, daha bir övladının olduğunu əlavə edib. Qadın deyib ki, həmin övladı ağır xəstəlikdən əziyyət çəkdiyindən qazancının böyük hissəsini onun müalicəsinə sərf edir.
İcra məmuru qadının öhdəliyi yerinə yetirmədiyi üçün inzibati qaydada həbs edilməsini tələb etsə də, məhkəmə başqa qərar qəbul edib. Aylıq 440 manat alimenti ödəyə bilməyən qadın 500 manat cərimə olunub.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq