Mənim icazəm olmadan sözə müdaxilə edilməsin – Vahid Əziz ETİRAZ ETDİ
Xalq şairi Vahid Əziz müğənni Nuranın onun şeirini ifa etməsi ilə bağlı fikir bildirib.
Az24.az xəbər verir ki, şair xüsusilə şeirin mətninə edilən dəyişikliklərə münasibətini belə ifadə edib:
“Bütün müğənnilər və sənətkarlardan xahiş edirəm ki, əgər qələm əhli həyatdadırsa, onun yazdığına müdaxilə edərkən yəni söz, misra dəyişiləcəksə, mütləq razılıq alınsın. Oxumaq üçün icazə almaq vacib deyil, sağ olsunlar, oxusunlar. Amma sözə müdaxilə razılıqla olmalıdır”.
Vahid Əziz bildirib ki, Nuran onun şeirini ifa etməzdən əvvəl ondan icazə almayıb:
“İfanı bəyəndim. Başqa dinamikası, başqa oxunuş tərzi var. Amma o misranı dəyişməməliydi. Əvvəlcədən mənə desəydi, bəlkə ondan da yaxşı bir söz deyərdim”.
Qeyd edək ki, söhbət “Ay Yalançı” mahnısından gedir.
Mahnının sözlərində “Lap Tanrı ol, ocağına sürünmərəm, ay yalançı” misrası “Bir də məsum göz yaşına inanmaram, ay yalançı” ilə dəyişdirilib. (milli.az)
Reklam
Oxşar xəbərlər
Aparıcı efirdə kişilərdən bahalı hədiyyələr istədi – VİDEO
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu