AZAL-dan “Airbus” təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına REAKSİYA
“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Airbus” markalı sərnişin təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına münasibət bildirib.
Az24.az xəbər verir ki, aviaşirkətdən bildirilib ki, “Airbus” şirkətindən rəsmi direktivlər daxil olan kimi təyyarə parkında operativ şəkildə texniki yoxlamalar aparılıb.
Yoxlamanın nəticələrinə əsasən, korreksiya tədbirlərinin görülməsi tövsiyə olunan üç təyyarə müəyyən edilib. Tövsiyələrə uyğun olaraq həmin təyyarələrin proqram təminatı əvvəlki stabil versiyaya qaytarılıb.
Direktivləri “Airbus” A320 ailəsinə aid təyyarələrin idarəetmə sistemi ilə bağlı müəyyən nasazlıqlar aşkarlanandan sonra göndərib. İstehsalçının məlumatına görə, güclü günəş şualanması zamanı uçuşun idarə olunmasıda istifadə edilən bəzi məlumatlarda təhrif yarana bilər. Bununla əlaqədar olaraq, proqram təminatının növbədənkənar yenilənməsi başlanılıb və hava gəmisinin istismarçılarına müvafiq göstərişlər verilib.
AZAL bütün texniki məsələləri vaxtında və tam şəkildə həll edib. Hazırda aviaşirkətin bütün təyyarələri ştat rejimdə fəaliyyət göstərir.
AZAL üçün uçuşların təhlükəsizliyi hər zaman əsas prioritet olaraq qalır. Aviaşirkətin reysləri istehsalçının tələblərinə və beynəlxalq mülki aviasiya standartlarına tam uyğun şəkildə yerinə yetirilir.(report)
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq