Əli Kərimlinin köməkçisi “Matros Faiq” saxlanıldı
AXCP sədri Əli Kərimlinin köməkçisi kimi tanınan və “Matros Faiq” ləqəbi ilə məşhur olan Faiq Əmirli də “Ramiz Mehdiyev işi” çərçivəsində saxlanılıb.
Az24.az musavat.com-a istinadla xəbər verir ki, məlumata görə, ölkədə Mehdiyevin yaratdığı iddia olunan “Dövlət Şurası” şəbəkəsi üzrə aparılan istintaq tədbirləri genişləndirilir və bu proses müxalifət düşərgəsinə də sirayət edir.
Mənbələrin bildirdiyinə görə, artıq Əli Kərimli və AXCP-yə yaxın bir sıra şəxslər, o cümlədən Mehmet İbrahim saxlanılıb və onların evlərində axtarışlar aparılıb. Hazırda davam edən əməliyyatlar çərçivəsində saxlanılanların sayının artacağı ehtimal olunur.
“Ramiz Mehdiyev işi” üzrə aparılan istintaqda Mehdiyevin ölkədə siyasi sistemi dəyişdirməyə, 50 nəfərlik “Dövlət Şurası” formalaşdırmağa cəhd göstərdiyi, bu strukturda həm iqtidar, həm də müxalifət daxilindən bir sıra şəxslərin adı hallandığı bildirilir.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq