ABŞ bu ölkə vətəndaşlarına viza verilməsini dayandırdı

ABŞ bu ölkə vətəndaşlarına viza verilməsini dayandırdı

Dünya 29.11.2025 15:55 20

ABŞ administrasiyası Ağ Ev yaxınlığında baş vermiş son silahlı hücumun ardından bütün sığınacaq müraciətlərinə dair qərarların verilməsini müvəqqəti olaraq dayandırıb.

Az24.az xəbər verir ki, bu addım təhlükəsizlik yoxlamalarının sərtləşdirilməsi ilə bağlıdır.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) Tramp administrasiyasının ölkəyə gələn sığınacaq axtaranları deportasiya etməyi planlaşdırdığını və üçüncü dünya ölkələrindən olan insanların qəbulunu və köçürülməsini qeyri-müəyyən müddətə dayandıracağını açıqlayıb.

Bundan əlavə, ABŞ Dövlət Departamenti Əfqanıstan vətəndaşlarına viza verilməsini tam şəkildə dayandırdığını açıqlayıb. Rəsmi şəxslər qərarın milli təhlükəsizliyin qorunması məqsədi daşıdığını bildirir.

Reklam