“Qarabağ“ Çempionlar Liqasında nə qədər qazanıb? – MƏBLƏĞ

“Qarabağ“ Çempionlar Liqasında nə qədər qazanıb? – MƏBLƏĞ

İdman 29.11.2025 14:33 21

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra “Qarabağ” FK-nın qazancı məlum olub.

Az24.az xəbər verir ki, Ağdam klubunun turnirdə indiyədək əldə etdiyi gəlir 30 milyon avro (təxminən 59 milyon manat) təşkil edir.

Qurban Qurbanovun komandası bu göstərici ilə Çempionlar Liqasındakı gəlir sıralamasında 33-cü yerdə qərarlaşıb. “Qarabağ” bu sahədə Belçikanın “Union”, Kiprin “Pafos” və Qazaxıstanın “Kayrat” komandalarını geridə qoyub.

Siyahının lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.

Reklam