Toy karvanında “avtoş”luq etdilər, polis araşdırmaya başladı – VİDEO
Qubada toy karvanının iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasını əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Az24.az xəbər verir ki, görüntüləri jurnalist Dəyanət Babayev paylaşaraq ictimailəşdirib.
Videodan görünür ki, bir neçə avtomobil Qubanın mərkəzi küçələrində bəy-gəlin maşınını müşayiət edərkən avtoxuliqanlıq edir, nəqliyyatın hərəkətinə mane olur. Hətta maşınlardan birində olan şəxs yola pul da səpir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional bölməsi bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmaya başlanılıb.
Xatırladaq ki, Azərbaycanda toy karvanlarında qayda pozuntularının qarşısını almaq üçün uzun müddətdir maarifləndirici tədbirlər keçirilir. Buna baxmayaraq, hələ də bənzər mənfi hallara rast gəlinir.
Elə bir neçə gün əvvəl, Quba rayonunda toy karvanında baş verən ağır yol-nəqliyyat hadisəsi 23 yaşlı gəncin həyatına son qoymuşdu. (milli.az)
Reklam
Oxşar xəbərlər
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO