Qəzzadan gətirilmiş 8 eşşəyə sığınacaq verildi – Almaniyada QALMAQAL

Qəzzadan gətirilmiş 8 eşşəyə sığınacaq verildi – Almaniyada QALMAQAL

Dünya 29.11.2025 11:09 21

Almaniyanın 2023-cü ildən bəri Qəzzadan gətirilmiş 8 eşşəyə sığınacaq verməsi, son iki ildə isə yalnız iki Qəzza uşağının müalicə üçün qəbul edilməsi ölkədə yeni ictimai müzakirələrə səbəb olub.

Az24.az xəbər verir ki, Almaniyanın Qəzzadan gələn insanlar və heyvanlara qarşı fərqli yanaşmaları ölkədə geniş müzakirə doğurub. Berlin administrasiyası təhlükəsizlik səbəblərinə əsaslanaraq bir Fələstin körpəsinin ölkəyə girişinə icazə verməyib, eyni zamanda 2023-cü ildən bəri Qəzzadan gətirilmiş 8 eşşəyin sığınacaq alması isə ictimai diqqəti çəkib.

Lakin ölkənin müxtəlif sosial və siyasi qrupları bu qərarı tənqid edərək, Almaniyanın Qəzzadan gələn insanlar və heyvanlar arasında apardığı fərqli yanaşmanı birmənalı qarşılamayıblar.

Reklam