Yermak cəbhəyə yollandı

Yermak cəbhəyə yollandı

Dünya 29.11.2025 10:27 20

Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak istefasını təqdim etdikdən qısa müddət sonra cəbhəyə getdiyini açıqlayıb.

Az24.az xəbər verir ki, bu barədə “New York Post” xəbər yayıb.

Yermak bildirib ki, o, artıq cəbhə istiqamətinə yollanır və mümkün təzyiq və ya təqiblərə tam hazırdır. O, bundan sonra media və ictimaiyyətin zənglərinə cavab verməyəcəyini də qeyd edib.

Keçmiş administrasiya rəhbəri cəbhəyə nə zaman və hansı şəkildə gedəcəyi, eləcə də Silahlı Qüvvələrə qoşulub-qoşulmayacağı barədə detallı məlumat verməyib.

Yermak, evində aparılan axtarışdan sonra istefa ərizəsini Prezident Vladimir Zelenskiyə təqdim etdiyini və “rüsvay olduğunu düşündüyü üçün” dövlət başçısına əlavə problem yaratmaq istəmədiyini vurğulayıb.

Reklam