“İnsanyuyan” maşın satışa çıxarıldı: 15 dəqiqəyə tam yuma və qurutma

“İnsanyuyan” maşın satışa çıxarıldı: 15 dəqiqəyə tam yuma və qurutma

Texnologiya 29.11.2025 10:53 29

Yaponiyada futuristik texnologiya yenidən gündəmə gəlib. İnsanın kapsula uzanaraq avtomatik şəkildə yuyulmasına imkan verən yeni nəsil “human washing machine” – insan-yuyan cihaz rəsmi olaraq satışa çıxarılıb.

Az24.az xəbər verir ki, cihaz Osaka EXPO 2025 sərgisində nümayiş etdirilən modelin təkmilləşdirilmiş versiyasıdır.

İnnovativ kapsul istifadəçini su, mikro-hava qabarcıqları və yumşaq hava axınları ilə cəmi 15 dəqiqə ərzində tam şəkildə yuyur, dərhal qurutma funksiyası ilə prosesi tamamlayır. Cihaz həmçinin ürək döyüntüsü və bədən vəziyyətini izləyən sensorlarla təchiz edilib ki, bu da yaşlı və sağlamlıq problemi olan insanlar üçün əlavə təhlükəsizlik yaradır.

İlk mərhələdə məhsulun təxminən 50 ədəd istehsalı planlaşdırılır. Qiymət isə olduqca yüksəkdir — cihazın dəyəri 60 milyon yen (təxminən 385 min dollar) təşkil edir. Bu səbəbdən yeni texnologiyanın daha çox lüks spa mərkəzləri, reabilitasiya müəssisələri və premium xidmət göstərən obyektlər tərəfindən alınacağı gözlənilir.

“İnsan-yuyan” kapsulun həm rahatlıq, həm gigiyena, həm də terapevtik məqsədlərlə istifadə edilə biləcəyi qeyd olunur. Yapon mediası bu cihazı “ev dəyərində olan vannalı kapsul” adlandırıb.

Reklam