Qara dənizdə nə baş verir? – Türkiyə hərəkətə keçdi

Qara dənizdə nə baş verir? – Türkiyə hərəkətə keçdi

Dünya 28.11.2025 23:37 538

Qara dənizdə ardıcıl iki tanker insidenti qeydə alınıb.

AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kairos” adlı tanker Türkiyə sahillərindən təxminən 28 dəniz mili məsafədə partlayış nəticəsində yanıb. Gəmidə olan 25 nəfər heyət üzvü təhlükəsiz şəkildə xilas edilib.

Bölgədə başqa bir tanker “Virat”da zərbə aldığı bildirilərək texniki hissəsində yanğın və tüstülənmə müşahidə olunub.

Partlayışın səbəbi hələ dəqiqləşməyib. Bəzi məlumatlarda mina, bəzilərində isə hücum ehtimalı qeyd edilir.

Türkiyə sahil mühafizəsi və xilasetmə qüvvələri hadisə yerlərinə cəlb edilib və ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Reklam