Türkiyədə ailə qətliamı – Polis arvadını və iki qızını öldürdü
Antalyada bir polis əməkdaşı affekt vəziyyətinə düşərək həyat yoldaşını və iki övladını silahla vuraraq öldürüb.
Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, polis əməkdaşı M.G. Demirel məhəlləsindəki evlərində gözlənilmədən əsəblərinə hakim ola bilməyərək 31 yaşlı həyat yoldaşı Fatma Gıyarı, qızları 10 yaşlı Meral Ebrar Gıyarı və 4 yaşlı Merve Gıyarı tapança ilə güllələyib.
Silah səslərini eşidən qonşuların məlumat verməsi nəticəsində hadisə yerinə çox sayda polis və təcili tibbi yardım heyəti göndərilib.
Tibbi yardım əməkdaşları ananın və iki uşağın həyatını itirdiyini müəyyənləşdiriblər.
Şübhəli polis əməkdaşı hadisədən sonra polis tərəfindən saxlanılıb.
Hadisə yerində aparılan araşdırmadan sonra meyitlər Antalya Məhkəmə-Tibb İnstitutuna aparılıb.
Bu vaxt binanın qarşısında gözləyən mərhumların yaxınları sinir böhranı keçirib.
Dəniz
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir