“Kəpəz” “Zirə”yə uduzdu, “Turan Tovuz” “Neftçi” ilə heç-heçə etdi

“Kəpəz” “Zirə”yə uduzdu, “Turan Tovuz” “Neftçi” ilə heç-heçə etdi

İdman 28.11.2025 21:12 23

Misli Premyer Liqasının 13-cü turu iki oyunla başlayıb.

Günün ilk qarşılaşması Yevlax şəhər stadionunda keçirilib.

“Kəpəz” öz meydanında “Zirə”ni qəbul edib və matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.  Qolları 61-ci dəqiqədə Leroy Mikels, 84-cü dəqiqədə isə İssa Cibrila vurub. Komandaların ilk dövrədəki görüşündə də “Zirə” 5:0 hesabı ilə qalib gəlmişdi.

Tovuz şəhər stadionunda keçirilən günün digər matçında “Turan Tovuz” “Neftçi”ni qəbul edib. Gərgin mübarizə ilə keçən qarşılaşmada qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. İlk dövrədə bu komandalar arasında keçirilən oyunda “Turan Tovuz” səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmişdi.

Reklam