Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü – YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü – YENİLƏNİB

Hadisə 28.11.2025 19:25 76

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

AZ24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Reklam