Azərbaycanda tanınmış şair vəfat edib – FOTO
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Nizami Balaca oğlu Salmanov 68 yaşında dünyasını dəyişib.
AZ24.Az oxu.az-a istinadən xəbər verir ki, o dünən axşam saatlarında vəfat edib.
Məlumat üçün bildirək ki, N.Salmanov Lerikin Göydərə kəndində dünyaya göz açıb. BDU-nun hüquq fakültəsini bitirib. Polis orqanlarında işləsə də, poetik istedadı onu poeziyaya gətirib.
Şairin ilk şeirlər kitabı “Durnalar harayı” 1987-ci ildə çapdan çıxıb. Daha sonra onun “Mən bir payız mahnısıyam”, “Mən də uçacağam tanrıya sarı”, “Ömür kitabı” və s. adda şeir və nəsr əsərləri işıq üzü görüb.
Qeyd edək ki, şair ədəbiyyat qarşısındakı xidmətlərinə görə “Prezident mükafatı”na layiq görülüb.

Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
12.01.2026
23:42
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
12.01.2026
22:32
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
12.01.2026
19:00
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
12.01.2026
18:37
Baş nazir qərar imzaladı
12.01.2026
18:14
Sabah bu ərazilərdə qaz olmayacaq
12.01.2026
17:32
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
12.01.2026
16:39