“Məni öldürüb, adını avtoqəza qoyacaqdılar” – Samirə Əfəndi
Xəbər verdiyimiz kimi, müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.
Az24.az xəbər verir ki, prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində qonaq olan Samirə Əməkdar artist Aqşin Abdullayevin “Samirə üzr istəməlidir” sözlərinə gözlənilməz cavab verib.
“Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!”, – deyə o qeyd edib.
Samirə daha sonra erməni iştirakçıya 12 xalı qorxduğuna görə vermədiyini deyib.(Demokrat.az)
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq