Bakıda toy zamanı şadlıq evində yanğın oldu – VİDEO
Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın olmasını əks etdirən görüntülər yayılıb.
AZ24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə noyabrın 21-də Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında baş verib.
Belə ki, qığılcım toy zamanı şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.
Toyun aparıcısı qonaqların dərhal şadlıq evini tərk etməsini xahiş edib və mikrofonla “Hər kəs təxliyə olunsun, zalda bir nəfər qalmasın” deyə səslənib. Bundan sonra zal boşaldılıb.
Bildirilir ki, şadlıq sarayının işçiləri qısa müddətdə yanğını söndürməyi bacarıblar.

Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı