“Polad mənə mağazadan çiçək almazdı, dağlardan yığardı” – Generalın xanımı
“Polad Həşimov həmişə zirvədə, yüksəkliklərdə, dağlarda idi. O heç vaxt mənə mağazadan çiçək almazdı, hər zaman dağlardan yığardı. rəngarəng, çox gözəl və həmişə masamın üstündə onun çöldən yığıb gətirdiyi çiçəklər olardı”.
Az24.az xəbər verir ki, bunu Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova Ruhi Əliyevanın “Qaranlıqda həqiqət” verilişində onunla bağlı xatirələrini bölüşərkən deyib.
Bir də ətirli bitkiləri, dərman bitkilərini çox sevirdi. Bunun bir hekayəsini danışmaq istəyirəm. Onun şəhid olmasından bir ay əvvəl soyuqlamışdım. Biz Qəbələyə getdik. Bizi sonuncu dəfə yola saldı. O, şəhid oldu. Biz bir aydan sonra Şəmkirə qayıtdıq ki, ordakı əşyalarımızı gətirək. Gördüm ki, masanın üstündə bağlamalarda bitkilər var. Bildim ki, Polad bunları getdiyi postlardan yığıb. Amma nə üçün istifadə olunduğunu bilmədim. Bilənlərdən soruşdum, dedilər ki, bunlar hamısı soyuqdəymənin dərmanıdır. Ya özü yığmışdı, ya da yerli camaatdan almışdı ki, Ofeliya dəmləyib içəcək. Onun dağlardan yığdığı bitkiləri hələ də saxlayıram, mənə Poladı xatırladır”.
Reklam
Oxşar xəbərlər
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO