Yeniyetməlik yaşı dəyişir – YENİ ARAŞDIRMA
Yeni elmi araşdırmalar yeniyetməlik dövrü ilə bağlı uzun illərdir qəbul olunan anlayışları dəyişə bilər.
Az24.az xəbər verir ki, mütəxəssislərin son açıqlamalarına görə, yeniyetməlik dövrü artıq 32 yaşa qədər davam edə bilər. Bunun əsas səbəbi insan beyninin və hormon sisteminin inkişaf prosesinin əvvəl düşündüyümüzdən daha uzun çəkməsidir.
Alimlər bildirirlər ki, beynin qərarvermə, emosiyalara nəzarət və sosial davranışları idarə edən hissələri 20-li yaşların sonuna qədər tam şəkildə formalaşmır. Bu da insanın psixoloji və emosional olaraq hələ “tam yetkin” sayılmamasına səbəb olur.
Mövzuyla bağlı aparılan araşdırmalara görə, yeniyetməlik yaşının uzanmasında sosial faktorların da mühüm rolu var:
-Təhsil müddətinin uzanması
-Ailə qurma və övlad sahibi olma yaşının gecikməsi
-Gənclərin iqtisadi cəhətdən daha gec müstəqil olması
Mütəxəssislər qeyd edirlər ki, bu dəyişikliklər bir çox ölkədə “gənclik”, “yeniyetməlik” və “yetkinlik” anlayışlarının yenidən qiymətləndirilməsini zəruri edir. Yeni məlumatlar psixoloji dəstək, sosial siyasət və təhsil planlamalarında da nəzərə alınacaq.
Reklam
Oxşar xəbərlər
Nostradamusdan DƏHŞƏTLİ PROQNOZ: Dünyanın sonu yaxınlaşır
Elm dünyasında 2026-da gözlənilən KƏŞFLƏR
Tünd şokoladın möcüzəsi: Yaşlanmanı yavaşlada bilər
Qrenlandiya haqqında maraqlı məlumatlar
Kitab oxumağa haradan başlayaq? – Yeni başlayanlar üçün tövsiyələr
Venesuela: Ölkə haqqında məlumat və mövcud vəziyyət
İstirahət üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı