Bu universitetlər yenidən akkreditasiyadan keçəcək
Hazırda 2026-cı il üçün ali təhsil müəssisələrinin akkreditasiya qrafiki formalaşdırılmayıb. Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti də daxil olmaqla, bəzi ali təhsil müəssisələrinin akkreditasiya müddəti başa çatmaq üzrə olduğu üçün onlar yenidən akkreditasiyadan keçəcəklər.
Az24.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, ali təhsil müəssisələrinə akkreditasiya qanunvericiliyə əsasən beş il müddətinə verilir:
“Şəhadətnamə müddətinin bitməsinə yaxın ali təhsil müəssisəsi prioritetlik əsasında qrafikə daxil edilir və məlumatlandırılır. Onlara özünütəhlil hesabatını hazırlamaq üçün vaxt verilir. Daha sonra agentlikdə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə komissiyalar formalaşdırılır. Komissiyalar hesabatı araşdırdıqdan sonra sahə baxışına gedir və yekun hesabat hazırlayır. Bu proses ümumilikdə 3–6 ay çəkir”. (Azərtac)
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq