Bəzi kanallar efirlərə sərxoş müğənniləri çıxarırlar – Vasif Məhərrəmlidən ŞOK AÇIQLAMA

Bəzi kanallar efirlərə sərxoş müğənniləri çıxarırlar – Vasif Məhərrəmlidən ŞOK AÇIQLAMA

Cəmiyyət 27.11.2025 15:44 26

“Bəzi kanallar efirlərə sərxoş müğənniləri çıxarırlar”.

Az24.az xəbər verir ki, bu açıqlama ilə Əməkdar artist Vasif Məhərrəmli “Tarixin bir günü” verilişində çıxış edib.

O bildirib ki, bəzi müğənnilər efirdə ağızlarının danışıqlarını bilmirlər:

“Efirlərə bizim ailələrimiz, uşaqlarımız baxır. Bu da ailələrə yansıyır. Müğənni, aktyor örnək olmalıdır. Televiziyaya məbəd kimi baxmalıyıq. Televiziya oyun-oyuncaq deyil. Burdan hamımız tərbiyələnirik. Verilişlər mütləq şəkildə senzuradan keçməlidir. Mahnılar da senzuradan keçməlidir. Görürsən ki, efirinə çağırdığın qonaq sərxoşdur, nəsə qəbul edib, efirə buraxma. Qoy o kreslo boş qalsın. efirdən elan et səbəbini.

Reklam