Goranboyda çökən binanın sakinləri yeni mənzillərlə təmin ediləcək
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binası tamamilə boşaldılıb.
Az24.az xəbər verir ki, bu barədə Oxu.az-a Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovməlumat verib.
O bildirib ki, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli qəzalı vəziyyətdə olan beşmərtəbəli bina sakinlərinin hər biri kirayə mənzillərə köçürülüb:
“Köçürülən sakinlərin kirayə haqları dövlət tərəfindən qarşılanacaq. Qəzalı binada aparılan işlər yekunlaşdıqdan sonra təhlükəli vəziyyətdə olduğu müəyyən edilən, Cəfər Cabbarlı küçəsi, 6 ünvanında yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasının sakinlərinin də köçürülməsi işlərinə başlanacaq. Hazırda bu ikimərtəbəli bina bloku çökən beşmərtəbəli yaşayış binasının vəziyyətində deyil. Ona görə də proses mərhələli şəkildə icra edilir.
Söküləcək binanın yerində bir kompleksin daxilində 76 mənzilli bina inşa ediləcək, sakinlər həmin binada mənzillə təmin olunacaqlar”.
Xatırladaq ki, ötən gün Goranboy rayon icra başçısı Məhərrəm Quliyev məlumat vermişdi ki, Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binasının yerində yenisi tikiləcək.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq