Uşaqlara ən çox qoyulan adlar – SİYAHI
Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-noyabr aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.
Az24.az xəbər verir ki, barədə məlumat Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında yer alıb.
Statistikaya görə, bu il ölkə üzrə oğlan və qızlara ən çox Uğur, Melisa adları verilib.
Oğlanlara verilən adlarla bağlı statistika belədir: Uğur (1569),Raul (1166), Əli (1028), Hüseyn (1050), Yusif (986).
Qız adları: Melisa (1073), Zeynəb (1015), Məryəm (1014), Nilay (993), Aylin (964), Zəhra (942), Fatimə (715).
Son beş ilin statistikasına görə yenə də “Uğur” adı birinci yerdədir. Belə ki, son beş ildə 8721 nəfər uşağa bu ad verilib. Qız adları arasında isə Zəhra adı birinci yerdədir. Son beş ildə 7273 nəfər qıza Zəhra adı verilib. (milli.az)
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq