Müğənniləri boy sırası ilə düzüb, sözü mən öyrədərəm – Əminədən Tacirə CAVAB
Müğənnilər Tacir Şahmalıoğlu və Amina Şirin arasında “Ölüm haqdır” mahnısı ilə bağlı qalmaqal böyüyür.
Az24.az xəbər verir ki, Tacir Şahmalıoğlu qonaq olduğu “Rəngarəng” verilişində Amina Şirinin mahnı ilə bağlı “Mən istəsəm, o mahnını YouTube-dan sildirərəm” sözlərinə münasibət bildirib.
Şahmalıoğlu “Sən o mahnını sildirsən, mən bu sənətdən gedərəm. Sənin onu sildirməyə gücün çata bilməz”, – deyə, açıqlama verib.
Daha sonra proqrama telefon bağlantısı ilə qoşulan Amina Şirin canlı efirdə özündən çıxaraq Tacir Şahmalıoğlu ilə söz davasına çıxıb:
“Müğənniləri boy sırası ilə düzüb, sözü mən öyrədərəm. Heç kim mənə söz öyrədə bilməz. Mənim müəllimlərim də bəllidir. Mənim qəzəllərdən ibarət kitabım var. Nə zamana kimi haqqıma girəcəksiniz? Bir mahnı üstündədir bu dava? Oxuyun. Mən heç vaxt tərbiyəsizlik etmərəm”.
Reklam
Oxşar xəbərlər
Aparıcı efirdə kişilərdən bahalı hədiyyələr istədi – VİDEO
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu