İmran Xan sağdır

İmran Xan sağdır

Dünya 27.11.2025 11:00 40

Pakistanın Adiala həbsxanası İmran Xanın öldüyü barədə sosial mediada yayılan iddiaları rəsmən təkzib edib.

Az24.az xəbər verir ki, həbsxana rəhbərliyi bildirib ki, keçmiş baş nazir hazırda həbsdədir və sağlamlıq vəziyyəti stabildir. Rəhbərlik onun başqa müəssisəyə köçürüləcəyi barədə yayılan məlumatların da doğru olmadığını bildirib.

Yayılan şayiələr səbəbilə Xanın tərəfdarları və ailə üzvləri həbsxana önündə etiraz aksiyası keçiriblər. Polis aksiyaya müdaxilə edib. Ailə üzvləri isə Xanın vəziyyəti ilə bağlı görüş hüququnun verilməməsindən narahatlıq bildirir.

Reklam