Nostradamusun 2026-cı illə bağlı tükürpədən PROQNOZLARI

Nostradamusun 2026-cı illə bağlı tükürpədən PROQNOZLARI

Maraqlı 27.11.2025 17:00 33

Məşhur fransız kahini Nostradamusun 2026-cı ildə baş verəcəyi iddia olunan hadisələrlə bağlı dördlükləri yenidən müzakirələrə səbəb olub.

Az24.az xəbər verir ki, onun şeirlər şəklində yazdığı kəhanətlərdə xəstəliklərdən tutmuş müharibələrə, siyasi qarışıqlıqlardan təbiət hadisələrinə qədər bir çox mövzuya toxunulur.

Böyük bir şəxsin “ildırımla vurulması”

Birinci hissənin 26-cı dördlüyündə “böyük bir adamın gündüz vaxtı ildırım çarpması ilə öldürüləcəyi” qeyd olunur. Bu, bəzi şərhçilər tərəfindən gizli bir sui-qəsdin simvolik təsviri kimi qiymətləndirilir. Bəziləri isə “ildırım” sözünü müasir lazer və ya mikrodalğa tipli silahlara işarə kimi qəbul edir.

Toskanada epidemiya, Ticinoda müharibə

Eyni dördlükdə İtaliyanın Toskana bölgəsində bir xəstəlik dalğasının baş verəcəyi bildirilir. Bunu COVID-19 ilə əlaqələndirənlər olsa da, bəzi ekspertlər bunu iqlim dəyişikliyi fonunda artan mövsümi xəstəliklərin genişlənməsi kimi şərh edir.

Digər bir dördlükdə İsveçrənin adətən sakit olan Ticino bölgəsində müharibə təhlükəsi qeyd olunur. Son illərdə Avropadakı siyasi gərginliklər bu şərhləri daha aktual edir.

Naməlum arı sürüsü

Dördüncü hissənin 26-cı dördlüyündə “mənbəyi bilinməyən böyük bir arı sürüsü”ndən bəhs edilir. Bunun ya arı populyasiyasının bərpası, ya da istilacı arı növlərinin geri qayıtması ilə bağlı ola biləcəyi deyilir.

Liderlər üçün heykəllər

Üçüncü hissədə “kralların və liderlərin bütlərinin hazırlanması” qeyd olunur. Şərhçilər bunu son illərdə ABŞ-da Donald Tramp üçün hazırlanan qızılı heykəllərlə və 2026-cı il üçün planlaşdırılan xatirə pulları ilə əlaqələndirir.

Slavyan xalqlarının yüksəlişi

Beşinci hissənin 26-cı dördlüyü “Slavyan xalqlarının müharibədə güclənməsi”nə işarə edir. Bu, Rusya-Ukrayna müharibəsi fonunda yenidən gündəmə gəlib.

Dənizdə yeddi gəmi arasında döyüş

Yeddinci hissədə “yeddi gəmi arasında ölümcül bir döyüş” təsvir edilir. Ekspertlər belə bir riskin ən çox Cənubi Çin dənizində ola biləcəyini bildirir.

Madridli liderin “ox yarası” alması

Başqa bir hissə Madriddən olan bir liderin “oxla yaralanacağı”ndan bəhs edir. Bu “ox” siyasi hücum, skandal və ya mediadan gələn təzyiq kimi metafora şəklində izah olunur.

Lozanda pis qoxu və miqrant böhranı

Bəzi dördlüklərdə İsveçrənin Lozan şəhərində mənşəyi bilinməyən pis qoxunun yayılacağı, sonra isə şəhərdəki “uzaq ölkələrdən gələnlərin” qovulacağı qeyd olunur. Bu, Avropada artan miqrasiya müzakirələri ilə əlaqələndirilir.

“İnsanlığın böyük düşməni” adlanan lider

Onuncu hissənin 10-cu dördlüyündə “atalarından daha zalım olan və insanlığın böyük düşməni” kimi təsvir edilən yeni bir liderin ortaya çıxacağı yazılır. Bu, bəzilərinə görə Şimali Koreya kimi avtoritar rejimləri xatırladır, digərlərinə görə isə yeni diktatorluq dalğasına işarədir.

Reklam