Elm “Qara cümə” endirimlərinin beynə təsirini araşdırdı – ALDANMAYIN!

Elm “Qara cümə” endirimlərinin beynə təsirini araşdırdı – ALDANMAYIN!

Cəmiyyət 27.11.2025 10:17 17

Qara Cümə (Black Friday) endirimləri təkcə ucuz məhsul fürsəti təqdim etmir, həm də istehlakçı psixologiyasına təsir edən güclü bir marketinq taktikası kimi diqqət çəkir. Alimlərin fikrincə, kampaniya mesajları beynin sürətli qərarvermə sistemini aktivləşdirərək “qaçırma qorxusu” yaradır.

Az24.az xəbər verir ki, noyabr ayı ilə birlikdə vitrinlər “bir günlük endirim”, “son şans”, “qaçırılmayacaq kampaniya” kimi mesajlarla dolmağa başlayıb. Qara Cümə (Black Friday) kimi tanınan böyük endirim dövründə insanlar alış-verişə daha çox yönəlir, mütəxəssislər isə bunun yalnız iqtisadi deyil, həm də psixoloji proses olduğunu vurğulayırlar.

Araşdırmalara görə endirim strategiyaları beynin qərarvermə mexanizmini təsirləndirən xüsusi üsullarla hazırlanır.

Mütəxəssislər bildirirlər ki, yoğun kampaniya mesajları və məhdud zaman təzyiqi beynin daha az informasiya ilə daha sürətli qərar verməsinə səbəb olur. Normal şəraitdə vacib bir məhsulu almadan əvvəl onun qiymətini, xüsusiyyətlərini, rəylərini və büdcəyə uyğunluğunu müqayisə edirik.

Lakin zaman məhdudiyyəti yarananda beyin “kifayət qədər məlumat” həddini aşağı salır və biz daha sürətli qərar veririk.

Alimlərə görə endirim dövründə tez-tez istifadə olunan “cəmi 8 ədəd qalıb” və ya “12 nəfər bunu səbətinə əlavə edib” kimi ifadələr rəqabət hissini artırır. Bu isə məhsulun olduğundan daha dəyərli görünməsinə səbəb olur. Məhdudluq hissi artdıqca beyin məhsulu qaçırmamaq üçün hərəkətə keçir və insan fərqinə varmadan impulsiv alış-veriş edir.

Mütəxəssislər bunun psixologiyada “sürət–dəqiqlik balansı” effekti ilə izah edildiyini bildirirlər. Sürətli qərar veriləndə səhv etmə ehtimalı artır, insan real ehtiyaclar əvəzinə ani emosiyalarla davranır.

Tədqiqatçılar endirim həftələrində istifadə olunan geri sayım saatlarının, “yalnız bu günə özəl” etiketlərinin və məhdud stok mesajlarının istehlakçıda süni təciliyyət hissi yaratdığını vurğulayırlar:

“Doğrudan buna ehtiyacım var?” sualının yerini ‘Ya qaçırarsam?’ düşüncəsi tutur.”

Alimlər şüurlu alış-veriş üçün aşağıdakı tövsiyələri verirlər:

-Öncədən plan qurun: ehtiyacınızı endirimdən əvvəl müəyyənləşdirin.

-Büdcə təyin edin və onu göz önündə saxlayın.

-Almadan əvvəl bir anlıq dayanıb düşünün: bir dəqiqə belə kifayətdir.

-“Bu məhsulu normal qiymətinə də almaq istəyərdimmi?” sualını mütləq verin.

Tədqiqatçılar bildirirlər ki, yaxşı bir fürsət tapmaq xoş ola bilər, lakin kimin qazandığını unutmamaq vacibdir: əksər hallarda qazanan satıcılardır, istehlakçılar deyil.

Reklam