“Whatsapp”da yeni funksiya istifadəyə veriləcək
WhatsApp status bölməsi üçün yeni funksiyanı sınaqdan keçirir.
AZ24.az xəbər verir ki, platforma istifadəçilər statusu yazarkən onu “yaddaşda saxlamaq” (save as draft) imkanı təqdim etməyə hazırlaşır.
Məlumata görə, bu yenilik hələlik test mərhələsindədir və məhdud sayda istifadəçi tərəfindən beta versiyada yoxlanılır. Bu funksiya sayəsində istifadəçi status yazarkən proses yarımçıq qalarsa, mətn silinməyəcək — sonradan tamamlanaraq paylaşmaq mümkün olacaq.
“WhatsApp”ın “save as draft” funksiyasını rəsmi olaraq nə vaxt yayımlayacağı hələ açıqlanmayıb. Platforma bu funksiyanı daha stabil hala gətirdikdən sonra mərhələli şəkildə bütün istifadəçilərə təqdim edəcək.
Yenilik status istifadəsini daha rahat edəcək və platformanın sosial media tipli funksiyalarını genişləndirəcək.
Reklam
Oxşar xəbərlər
“Boeing” “Kızılelma”nın kölgəsində qaldı
“Telegram” və “WhatsApp” istifadəçilərin XƏBƏRDARLIQ: Bu funksiyanı təcili aktiv edin!
Kvant kompüterlər nədir? – Gələcəyin texnologiyası
“Whatsapp”da gözlənilən yenilik istifadəyə verilir
“Bitcoin”in qiyməti 93 min dollara çatıb
Kripto valyutalar yatırım üçün etibarlıdırmı?
Android telefonlarda ekrana çıxan reklam virusları: Nə edə bilərik?
Yeni ildən etibarən “Whatsapp” bu telefonlarda işləməyəcək