Azərbaycanda yaşayış binası çöküb – İcra başçısından açıqlama – FOTO

Azərbaycanda yaşayış binası çöküb – İcra başçısından açıqlama – FOTO

Hadisə 26.11.2025 23:11 38

Hadisə ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “Qafqazinfo”ya açıqlama verib.

İcra başçısı qeyd edib ki, dünəndən etibarən bütün sakinlər binadan təxliyə olunub.

“Səhər saatlarından etibarən vəziyyət tamamilə qəzalı hal alıb. Pilləkənlər sökülürdü, binadan səslər gəlirdi. Dərhal 50 metrlik bufer zona yaradaraq qabaqlayıcı tədbirlər gördük. Hadisə zamanı xəsarət alan olmadı.

Qonşuluqdakı bina da qəzalıdır. O binaya da FHN-in mütəxəssisləri ilə baxış keçirdik. Orada da qəza riski olduğu tam müəyyənləşdi. Artıq o binanın da növbəti günlərdə köçürülməsi nəzərdə tutulub. Ümumilikdə 76 ailəlik yaşayış kompleksinin tikintisi nəzərdə tutulub”.

***

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli qəzalı yaşayış binasında dağıntı qeydə alınıb.

AZ24.az xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, 60 mənzilli binanın 5-ci bloku tamam çöküb.

Əraziyə aidiyyəti orqanların əməkdaşları cəlb olunub. Bina sakinləri təxliyə olunduğundan hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, binada bir neçə gün əvvəl baş verən uçqun nəticəsində üçü qadın, biri kişi olmaqla, dörd nəfər xəsarət alıb. Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Reklam