“Qarabağ” Medinanın səhhəti ilə bağlı açıqlama yaydı

“Qarabağ” Medinanın səhhəti ilə bağlı açıqlama yaydı

İdman 26.11.2025 19:07 1

UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən “Napoli” – “Qarabağ” oyununun 50-ci dəqiqəsində Kevin Medina rəqib komandanın zərbəsi ilə topun başına dəyməsindən sonra yıxılaraq huşunu itirib və tibbi yardım göstərilməsi üçün meydanı tərk edib.

AZ24.az xəbər verir ki, “Qarabağ” FK kolumbiyalı müdafiəçinin durumuna dair rəsmi açıqlama yayıb.

Klub bildirir ki, bu gün keçirilən müayinələr nəticəsində Medinanın səhhətində ciddi problem aşkarlanmayıb:

“Futbolçumuzun vəziyyəti stabildir. Komanda sabah istirahət edəcək. Medinanın iki gün sonra məşqlərə qoşulması gözlənilir”, – məlumatda qeyd olunub.

Reklam