SSRİ bayrağını qaldıranlardan biri də idman jurnalisti imiş
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
Azərbaycan polisi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıblar.
AZ24.az xəbər verir ki, lent.az saxlanılanlardan Abdulla İbrahimli haqqında məlumat əldə edib.
Məlumata görə, Abdulla İbrahimli əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olub və Abdulla İsmayıloğlu imzası ilə tanınıb.
O, daha çox idman jurnalisti kimi fəaliyyət göstərib.
Abdulla İsmayıloğlu “Futbol+” qəzetində və “sport24.az” saytları ilə də əməkdaşlıq edib.
Bir müddət əvvəl Peşəkar Futbol Liqası Abdulla İsmayıloğlunun akkreditasiyasını ləğv edibmiş.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək