İcra başçısı işçilərini imtahan edir – Nəticəsi zəif olanlar işdən çıxarılır
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rəhbərlik etdiyi qurumda çalışan əməkdaşları tarix, informatika və məntiq fənləri üzrə imtahan edir.
Az24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, imtahan nəticələri zəif olan əməkdaşlar vəzifələrindən azad olunurlar.
İstifadəçilərin bildirdiyinə əsasən, imtahan test üsulu ilə keçirilir.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətindən bildirilib ki, aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir:
“Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir”. (milli.az)
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək