Uşaqları tez qocaldırlar – Elza ÜSYAN ETDİ
Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib.
Az24.az xəbər verir ki, o,“Xoş sabah” verilişində qonaq olarkən uşaqlarda düzgün musiqi zövqünün formalaşmadığını bu sözlərlə söyləyib:
“Restoranlarda yer yoxdur adam əlindən. Uşaqlar restoranlarda böyüyürlər. Uşaqlar məktəbdə böyüməlidir. Gecə 12-yəcən restoranda olan uşaq necə dərs oxusun, necə məktəbə getsin? Uşaqlar “Sigma boy” kimi mahnılara qulaq asırlar. Bir dənə Oqtay Zülfüqarov, Rəşid Şəfəq, Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Elza Seyidcahan mahnısı dinləmirlər. Kim oxuyacaq bizim mahnıları? Baxça direktoruna yaxınlaşıb dedim nəyə görə uşaqlara bizim uşaq bəstəkarlarının mahnılarını dinlətmirsiniz? Deyir onların bizdə səs yazısı yoxdur. Bəs musiqi müəllimləri not öyrənirlər, nota baxıb pianoda ifa edirlər. Mən də uşaqlar üçün mahnılar bəstələmişəm. Amma görürəm ki, uşaqları tez böyüdürlər, tez qocaldırlar”.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək