Alen Simonyan Bakıdan dəvət gözləyir

Alen Simonyan Bakıdan dəvət gözləyir

Siyasət 26.11.2025 14:32 1

Ermənistan parlamentinin sədri Alen Simonyan münasib şərait formalaşacağı təqdirdə Bakıya səfər etməyə hazır olduğunu bildirib.

Az24.az erməni mətbuatına istinadla xəbər verir ki, Simonyan yaxın zamanda Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarovanı İrəvana dəvət etməyi planlaşdırdığını da qeyd edib.

O, Azərbaycan tərəfindən rəsmi dəvət olunduğu halda Bakıya səfər imkanlarını nəzərdən keçirəcəyini vurğulayıb.

Reklam