Bu xəstəxana yeni adla fəaliyyət göstərir
Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib.
Az24.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi prosesi həyata keçirilib.
Bu qərara uyğun olaraq, Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib.
Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası həmin binaya köçürülüb və fəaliyyətini orada davam etdirir.
Tibb müəssisəsində Endokrinologiya, Allerqologiya, Pediatriya, Reanimasiya və Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət göstərir.
Endokrinoloji və allerqoloji sahələr üzrə pediatrik stasionar xidmətlər Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında həyata keçirilir.
130 nəfərlik çarpayı fonduna malik olan xəstəxanada kistik fibrozlu xəstələrin pediatrik yatışı və dərman təminatı da təşkil olunur.
Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının Həkim Sanitar Xidmətinin balansında olan tibb müəssisələri ləğv olunub.
Reklam
Oxşar xəbərlər
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası
Keçəllikdən bu bitkinin köməyi ilə qurtuldu – FOTO