Bakıda xüsusi təyinatlı texnikalar hazır vəziyyətə gətirildi
Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb.
Az24.az xəbərər verilir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.
Paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri sonuncu olaraq Bakı şəhərinin Suraxanı, Səbail və Nəsimi rayonlarında müzakirə edilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Qeyd olunub ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.
Reklam
Oxşar xəbərlər
Noyabr ayının sosial yardımları tam ödənildi
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə
Bu ərazilərdə işıq olmayacaq
Bu şəxslərin maaşı 1971 manat oldu
Bu rayonlarda qaz kəsiləcək
Sabah bu rayonun qazı kəsiləcək
İşsizlərə ŞAD XƏBƏR: 16 manat ödəmək məcburi deyil
ŞAD XƏBƏR: Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq