Günün qoroskopu: “Sevindirici xəbər ala bilərsən”

Günün qoroskopu: “Sevindirici xəbər ala bilərsən”

Qoroskop 26.11.2025 01:05 8

Bu gün ulduzlar bir az qarışıqdır, amma enerjisi pis deyil. Kiminsə planı dəyişəcək, kiminsə də öz içində rahatlıq tapacağı bir gündür. Baxaq görək, 26 noyabr sənə nə vəd edir?

Qoç

Bu gün enerjin yerindədir. Nə işə girişsən, yarımçıq qoymayacaqsan. Bir az tələsiksən, ehtiyatlı ol. Pul məsələlərinə də diqqət et, xırda xərclər çoxala bilər.

Buğa

Sakit gündür. Ev, ailə, rahatlıq hamısı sənə yaxşı təsir edəcək. Gözlədiyin o mesaj və ya xəbər günortaya doğru gələ bilər. Özünü incik hiss etmə, hər şey yoluna düşəcək.

Əkizlər

Danışıq, yazışma, zəng… Bu gün telefon əlindən düşməyə bilər. İnsanlarla ünsiyyətdə şansın yaxşıdır. Bir sözünlə işi həll edəcəksən. Sadəcə, düzgün sözləri seç.

Xərçəng

Pul-pul-pul… Bugün beynindən çıxmayacaq. Xərclərin artsa da, narahat olma, yenə də yolunu tapacaqsan. Bir az emosional ola bilərsən, özünü yükləmə.

Şir

Özünü yaxşı hiss edirsən, həvəsin yerindədir. Kimsə sənə kompliment edə bilər, xoşuna gələcək. Münasibətlərdə incə detallar önəm daşıyır, bir az diqqətli ol.

Qız

Bu gün enerjin bir az aşağı ola bilər. Amma sən planlı adamsan, özünü toparlayacaqsan. Köhnə bir məsələni həll etmək üçün yaxşı vaxtdır. Kiçik uğursuzluğu böyütmə.

Tərəzi

Sosial gündür. Birisi yazacaq, biri zəng edəcək, biri plan quracaq. Sən də hər yerə çatmaq istəyəcəksən. Təkliflər çıxacaq, amma qərarları tələsmədən ver.

Əqrəb

İşlə bağlı xoş xəbər ala bilərsən. Yuxarıdan bir dəstək gələ bilər, ya da bir məsələ aydınlaşa bilər. Gizli qalan şeylər ortaya çıxır amma bu dəfə xeyrinə.

Oxatan

Optimist günlərdən biridir. Xəbərlər ard-arda gələ bilər. Səyahət planı da çıxa bilər ortaya. Sevincli bir xəbər var, amma tələskənlik etmə.

Oğlaq

İşlər bir az çox ola bilər, amma sən öhdəsindən gələcəksən. Sənəd, maliyyə və rəsmi işlərdə irəliləyiş var. Axşama doğru rahatlıq hiss edəcəksən.

Dolça

Münasibət mövzusunda qərar günü ola bilər. Özünü ifadə etmək istəyəcəksən. Dostların dəstək olacaq və kimin sənin yanında olduğunu görəcəksən.

Balıqlar

İş və şəxsi həyat arasında balans axtaracaqsan. Bir az yorğunluq ola bilər, amma günün axırı sakitləşəcək. Yaradıcı ideyalar birdən-birə ortaya çıxacaq.

Reklam