“Qarabağ” İtaliyada “Napoli”yə uduzdu
UEFA Çempionlar Liqasının V turunda “Qarabağ” səfərdə “Napoli” ilə qarşılaşıb və oyun 2:0 hesabı ilə italiyalıların xeyrinə başa çatıb.
Görüşün baş hakimi polşalı FIFA referisi Şimon Marçinyak olub.
Bu nəticədən sonra “Napoli” xallarının sayını 7-yə çatdıraraq “Qarabağ”la eyniləşdirib.
***
72-ci dəqiqədə Skott Maktominayın endirdiyi zərbə Yankoviçə dəyərək istiqamətini dəyişdi və nəticədə top qapımıza daxil oldu. “Napoli” 2:0 “Qarabağ”.
***
Epizod zamanı Bəhlul Mustafazadə topu uzaqlaşdırmaq istəsə də, müdaxilə istənilən kimi alınmadı və top Skott Maktominayın qarşısında qaldı. Maktominay fürsəti dəyərləndirərək hesabı açdı. “Napoli” 1:0 “Qarabağ”.
***
Oyunun 56-cı dəqiqəsində Rasmus Höylund penalti zərbəsi üçün topun arxasına keçdi. Güclü zərbə endirsə də, qapıçı Koxalski əla reaksiya göstərərək topun çərçivəyə getməsinə icazə vermədi.
***
Matçda ikinci hissə başladı.
***
Matçda ilk hissə 0:0 hesabı ilə başa çatdı.
***
Matç başladı.
***
Komandaların start heyətləri açıqlanıb.
“Napoli”: 32. M.Saviç, 17. Olivera, 4. Buongiorno, 31. Beukema, 22.Di Lorenzo, 8. McTominay, 68, Labotka, 13.A.Rahmani, 7. David Neres, 19. Hoylun, 70.Lang
Baş məşqçi: Antonio Konte
“Qarabağ”: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 11. Addai, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
***
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
AZ24.az xəbər verir ki, komanda İtaliyada “Napoli” ilə üz-üzə gələcək.
“Stadio Diego Armando Maradona” stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.
“Qarabağ” Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.
Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın “Benfika” (3:2), Danimarkanın “Kopenhagen” (2:0) komandalarını məğlub edib. İspaniyada “Atletik”ə uduzan (1:3) “köhlən atlar” Bakıda İngiltərə təmsilçisi “Çelsi” ilə bərabərə qalıb – 2:2.
Reklam
Oxşar xəbərlər
Harri Keyn “Barselona” iddialarına cavab verdi
AFFA bu klubları cərimələdi
“Qarabağ” və “Qalatasaray”ın oyunlarına hansı kanalda baxaq?
“Neftçi” Samir Abasov ilə yolları ayırdı – FOTO
“Napoli”nin oyunçusu “Qarabağ” haqda: “Çox güclü rəqibimiz var”
“Beşiktaş” xal itirdi, “Fənərbağça”dan möhtəşəm geri dönüş
“Neftçi” Samir Abasovla yollarını ayırır