Yanğında ağır xəsarət alan Ləmanın son durumu AÇIQLANDI
Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var.
AZ24.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında yazıblar.
“Dəyərlimiz Könül Vəlibəylinin qızı Ləman Qulamovanın Yeni Klinikada müalicəsi davam edir. Həkimlərin bildirdiyinə görə, vəziyyətində az da olsa irəliləyiş var, ancaq həyati təhlükəsi davam edir, hələ də süni tənəffüs aparatına bağlıdır. Süni tənəffüs aparatından ayrıldıqdan sonra beyin müayinəsi aparılacaq, bu proses isə ən azı 2 həftə davam edəcək. Hazırda həkimlər Ləmanın yaşaması üçün əllərindən gələni edirlər”,- deyə bildiriblər.
Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır. (qafqazinfo)
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı