“Deha” Emmy mükafatını qazandı – FOTOLAR
Türkiyənin “Deha” serialı Beynəlxalq Emmy mükafatları – 2025-də “Ən yaxşı pembe dizi (Telenovela)” nominasiyasında qalib gəlib.
Az24.az xəbər verir ki, Nyu- Yorkda keçirilən mükafatlandırmada “Show TV”də yayımlanan “Ay Yapım” istehsalı “Deha” Braziliya və İspaniya layihələrini geridə qoyaraq Türkiyəyə böyük uğur gətirib.
Başrol aktyoru Aras Bulut İynemli qalibiyyətin böyük komanda işi olduğunu deyib. Serialın rejissoru Umut Aral isə Türkiyəni təmsil etməyin qürurverici olduğunu qeyd edib.
Senarist Damla Serim də bu uğurun bütün yaradıcı heyətin zəhmətinin nəticəsi olduğunu bildirib.
“Deha” qeyri-adi riyazi istedada sahib gənc Devranın həyatı və ailə içindəki psixoloji mübarizəsini əks etdirən dram serialıdır.


Reklam
Oxşar xəbərlər
10 min versələr də, efirdə fırt-fırt xəngəl yemərəm – Nazilədən Aşıq Telliyə ATMACA
26.11.2025
11:40
“Taşacak Bu Deniz”in ulduzlarına “O Səs Türkiyə”dən TƏKLİF
26.11.2025
10:12
“Bahar”ın yayım günü dəyişdi
26.11.2025
09:09
Həbsdən çıxan Rəqsanədən ilk açıqlama – VİDEO
25.11.2025
23:19
Tacir Şahmalıoğlunun oğlu nişanlandı – VİDEO
25.11.2025
17:42
“Bayağı yox, tərbiyəsiz” – Elza özündən çıxdı – VİDEO
25.11.2025
15:08