Günün qoroskopu: “Gözlənilməz xəbərlər yaxınlaşır”
Bugün ulduzların enerjisi bir az qarışıq olsa da, ümumi hava “hərəkət var” deyir. Kiminsə həyatında gözlənilməz zəng olacaq, kiminsə işində yeni qapı açılacaq, kiminsə də eşq mövzusu birdən-birə gündəmə düşə bilər. Qısası, 25 noyabr bir çox bürc üçün həm düşünmək, həm də qərar vermək vaxtıdır. Kim narahatlıqdan qurtulacaq, kim qəfil sevinc yaşayacaq — gəlin baxaq.
Qoç
Bu gün səndə bir təlaş var, elə bil içindən “tez elə, hərəkətə keç” deyən bir səs gəlir. İşində bir az gərginlik olsa da, sanki günün axşamına doğru hər şey yerinə düşəcək. Pul mövzularında diqqətli ol, emosional qərar vermə. Eşq tərəfdə də ürəyində “danışsam necə olar?” sualı dolaşır — danış, amma yumşaq dildə.
Buğa
Sakitlik istəyəcəksən, amma gün elə gətirəcək ki, kimsə sənə yenə min sual verəcək. Səbirli olmağa çalış. Maddi mövzularda yaxşı bir xəbər ala bilərsən — gecikən pul və ya gözlədiyin bir qərar gəlib çıxacaq. Günün sonunda bir rahatlıq gələcək. Əhvalın yaxşılaşacaq.
Əkizlər
Bu gün beynin elə sürətlə işləyəcək ki, özün belə təəccüblənəcəksən. Yazı-pozu, layihə və ya danışıq tələb edən bir iş varsa — lap “şellənəcəksən”. Amma fikir ayrılıqları yaşaya bilərsən, çünki hamı sənin qədər çevik düşünmür. Eşqdə isə kiçik anlaşılmazlıq ola bilər, amma tez çözüləcək.
Xərçəng
Bugün bir az duyğusal olacaqsan, amma elə diqqətli də olacaqsan ki, kimsə sənə heç nəyi məcvbur etdirə bilməyəcək. Ev və ailə mövzuları ön plana çıxır. Hansısa köhnə məsələ yenidən gündəmə gələcək, amma bu dəfə daha rahat çözəcəksən. Eşqdə güvən söhbəti ola bilər — sakit danış, hər şey yaxşı olacaq.
Şir
Enerjin yüksəkdir və sanki hər kəs səndən bir şey gözləyir. İşdə özünü göstərmək üçün yaxşı gündür, kiməsə təsir edəcəksən. Sosial tərəfdə hava yaxşıdır, xəbərlər əlinə düşəcək. Eşq yaşamında maraqlı bir mesaj və ya gözlənilməz bir jest ola bilər.
Qız
Bu gün sənin “yığım-yığışdırım, düzəldim, plan qurum” günündür. İşdə bir şeyləri qaydaya salacaqsan və özündən çox razı qalacaqsan. Sağlamlıqla bağlı xırda bir yorğunluq hiss edə bilərsən — özünü çox yorma. Eşq tərəfdə isə sakit, amma xoş bir gün gözlənilir.
Tərəzi
Bu gün özünü bir az analiz edəcəksən — nə hiss edirəm, nə istəyirəm, kimi istəyirəm… belə şeylər. Pul mövzularında qəfil bir fürsət çıxa bilər. Eşqdə romantik əhval var, amma bir az tərəddüd də ola bilər. Çox düşünmə, axarına buraxsan daha yaxşı olacaq.
Əqrəb
Bugün dərin düşüncələr günüdür. Hər şeyə biraz kənardan baxmaq istəyəcəksən. İşdə yaxşı instinktlərin sayəsində düzgün qərar verəcəksən. Eşqdə isə ya bir söz eşidəcəksən, ya da bir açıqlama görəcəksən — səni düşündürəcək. Tələsik reaksiya vermə.
Oxatan
Bugün aktiv və danışıq dolu bir gündür. Həm iş, həm dostlar, həm ailə — hamısı səndən nəsə istəyəcək. Amma sən də özünü ifadə etmək üçün yaxşı enerjidəsən. Eşqdə isə diqqət görəcəksən — özünü bir az “sevilən ulduz” kimi hiss edə bilərsən.
Oğlaq
İş-güc mövzularında ciddi davranacağın bir gündür. Baxımsız qalan bir məsələni tamamlamaq üçün ideal zamandır. Pul tərəfdə qəfil bir xərc çıxa bilər — amma təlaş etmə, həll olacaq. Duyğusal tərəfdə isə sakit, amma dərin bir enerji var. İçindən keçənləri birinə demək istəyə bilərsən.
Dolça
Bugün sosial və ağıllı tərəfin ön plandadır. Bir qrup işində və ya yeni bir müzakirədə nəzərlər sənə yönələcək. Çünki dediklərin yerinə düşəcək. Eşqdə isə bir az qəribə enerji var — nə baş verir deyəcəksən, amma günün sonunda hər şey açılacaq.
Balıq
Bu gün bir az iç dünyana çəkiləcəksən, amma yaxşı mənada. Sanki özünü dinləmək və bir məsələni həll etmək istəyirsən. İşdə sakit, amma davamlı bir gün olacaq. Eşqdə isə yumşaq və emosional bir hava var — ürəyin nə deyirsə, o istiqamətdə getmək sənə yaxşı təsir edəcək.
Altay
Reklam
Oxşar xəbərlər
Bu bürclərin həyatını dəyişəcək dövr başladı
Günün qoroskopu: “Sevindirici xəbər ala bilərsən”
Dekabrda bürcləri nə gözləyir?
Günün qoroskopu: “Qarşına çıxan işarələrə diqqət et”
At ili kimlərə uğur, kimlərə çətinlik gətirəcək?
Günün qoroskopu: “Yeni yollar açılır”
Günün qoroskopu: Uğura aparan gündür