Qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı araşdırma başa çatdı
Türkiyəyə məxsus C‑130 “Hercules” tipli hərbi yük təyyarəsinin 11 noyabr 2025-ci il tarixində Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması ilə bağlı araşdırmanı aparan mütəxəssis qrupu işini yekunlaşdıraraq ölkəyə qayıdıb.
Az24.az xəbər verir ki, bu barədə Türkiyənin “İhlas” İnformasiya Agentliyi məlumat yayıb.
Araşdırma zamanı əhəmiyyətli sübutlar toplanıb. Qəzaya uğrayan təyyarənin qalıqları Kayseri vilayətindəki Hava Nəqliyyat Vasitələrinin Texniki Xidmət Zavoduna daşınıb və burada detallı laboratoriya analizindən keçiriləcək. Ekspertizanın nəticələri qəzanın səbəblərinin dəqiq müəyyən olunmasına imkan verəcək.
Qeyd edilir ki, qəza nəticəsində göyərtədəki 20 Türkiyə hərbçisi şəhid olub. Əvvəlki məlumatlara görə, təyyarədə partlayıcı maddə izlərinə rast gəlinməyib.
Araşdırma və laboratoriya analizlərinin yekun nəticələri yaxın günlərdə açıqlanacaq.
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir