Yanan binanın sakinlərinin TƏLƏBLƏRİ: Bu ərazidə kirayə ev, ayda 100 min manat və…
Bakının Yasamal rayonunda yanğın baş verən binanın sakinləri kompensasiya tələb edirlər.
Az24.az xəbər verir ki, bunu həmin binada yaşayan hərbi jurnalist Heydər Mirzə bildirib.
O, bina sakinlərinin tələblərini iqqətə çatdırıb:
“Adam hər yerdə demirdi ki, “pulla hər şeyi həll edir”? Deməli belə.
Birincisi, bina sakinləri binanın yaşayışa yararlılığı bərpa olunana qədər Yasamal rayonunda kirayə ilə təmin olunmalıdır. Ağdamda deyil. Masazırda deyil. Elmlərlə İnşaatçıların arasında. Təxminən 90 ailə. Təxminən ayda 100 000 AZN. Gəl indi həll elə pulla. İndi. Bu saat yəni…
İkincisi, öz gücümüzlə müəyyən şeyləri artıq edirik (təmizıik, və s). Bütün bunların xərci manatına kimi təqdim olunacaq müvafiq orqanlara. Maddi təzminat üçün.
Üçüncüsü, mənəvi təzminat məsələsi hələ qabaqdadır. Camaat hələ əzizini yeni torpağa tapşırıb. Hələ də reanimasiyada olanlar var. İlk söz onların olacaq.
Dördüncüsü, binamızın sakinləri dərin fəlsəfi, siyasi, və s. çıxarışlar etmək, söhbəti fərqli və hamımızın ziyanına olan istiqamətlərə fırlatmaqdan uzaqdır. Biz haqqımızı tələb edirik. Cinayətkardan… Vəssalam. Küçədə qalmaq istəmirik sadəcə.
Beşincisi, təxribatçılara. Mən trol nəsilləri yetişdirmişəm. Trol doğuşu qəbul etmişəm. Trol toyunda keşiş olub xeyir dua vermişəm. Trol fabrikalarına trol istehsalatı xəttləri qurmuşam. Uzaq durun. Siz nəsə yazanda, mən söhbətin 12 şərhdən sonra hara gələcəyini bilirəm. Mənimlə deyil. Arada insan ölümü var. Ailələrin hisslərini öz marağınızda istifadə etməyin”.
Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər ölüb, 20 nəfər tüstüdən zəhərlənib.
Reklam
Oxşar xəbərlər
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası
Bu xəstəxana yeni adla fəaliyyət göstərir