İmralıya kritik səfər: Deputatlar bu gün Öcalanla görüşəcək

İmralıya kritik səfər: Deputatlar bu gün Öcalanla görüşəcək

Dünya 24.11.2025 14:16 11

Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyası bu gün terrorçu başı Abdullah Öcalanla görüşmək üçün İmralıya gedib.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, heyətdə AKP-dən Hüseyn Yayman, MHP-dən Feti Yıldız və DEM Partiyasından Gülistan Kılıç Koçyiğit yer alır.

Görüş MİT tərəfindən təşkil olunur və əldə edilən bütün məlumatlar 10 il müddətinə məxfi saxlanılacaq. Öcalanın PKK-nın yaranma səbəbləri, Türkiyə–Kürd münasibətləri və mümkün həll yolları ilə bağlı fikirlərini bölüşəcəyi gözlənilir.

Səfər öncəsi MHP-li Feti Yıldız sosial şəbəkədə “Bizləri xeyrə açar, şərə kilid eylə Allahım” paylaşımı edib.

Komissiyanın fəaliyyətə başlaması ilə bağlı keçirilən səsvermədə 32 “lehinə”, 3 “əleyhinə” səs verilib, 2 nəfər isə bitərəf qalıb.

Reklam