Nazirliklə qalmaqal yaşayan sənətçilər müraciət yaydı – “Həyatımıza təhlükə var”
Azərbaycanın bir qrup sənətçisi müraciət yayıb.
Az24.az yenisabah.az-a istinadla xəbər verir ki, müraciəti xanandə Almaxanım Əhmədli, müğənni Təranə Mahmudova, musiqiçi Şəhriyar Musayev, müğənni Nura (Aynurə) Suri imzalayıb.
Onlar həyatlarına təhlükə yarandığını və buna görə Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyevanın məsuliyyət daşıdığını bildiriblər:
“Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və sair baş verə biləcək hər hansı neqativ hal və ya xoşagəlməz – zərər verə biləcək hadisə ilə bağlı bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk.
Qeyd edirik ki, onun müxtəlif qurumlarla geniş əlaqələrə malik olması səbəbindən ailə üzvlərimizdə narahatlıq yaranmışdır. Bu müraciət həmin narahatlığın əsaslı şəkildə qeydə alınması və mümkün risklərin əvvəlcədən qeyd olunması məqsədi daşıyır”.
Xatırladaq ki, siyahıda yer alan müğənnilər bir müddətdir ki, Mədəniyyət Nazirliyi ilə arasında baş verən mübahisələrlə gündəmdədirlər.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR